waplog

Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub


Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən “ağıllı” cihaz təqdim ediblər. Bu haqda Kaliforniya Universitetinin alimlərinin elmi işinə istinadən “Phys.org” yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, qurğu laboratoriya şəraitində “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə artırmaqla yanaşı, həmçinin onun əhatə dairəsini 30-dan 45 metrədək çatdırmağa imkan verib. Cihazın maya dəyəri 5 dollar təşkil edir.
 
“Ağıllı” qurğu 48 kiçik antenadan ibarət olan 10x30 sm ölçüsündə sxem lövhəsidir. Bu antenalar marşrutlayıcı və ya giriş nöqtəsindən daxil olan “Wi-Fi” siqnallarını birləşdirir və əks etdirir, siqnalların hərəkəti üçün tamamilə yeni yol yaradır. Bu yeni yol və ya məlumat axını marşrutlayıcı və ya girişin nöqtəsindən daxil olan başlanğıc yol kimi, həmçinin güclüdür.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL