waplog

Ən yaxşı “Android” planşeti


Dünyada 4 nüvəli prosessorla olan ilk planşetin – “ASUS Transformer Prime” satışları başlayıb. Qurğunu artıq Tayvanda almaq mümkündür, 2 həftə sonra onu ABŞ-da almaq olacaq. Planşetin növbəti ilin yanvarında Avropada tədarükünə başlanılacaq.

 

Bununla belə Qərb jurnalistləri modeli testdən keçirməyə və öz təəssüratlarını paylaşmağa vaxt tapıblar. “Transformer Prime” planşetinin böyük görünüş bucağı ilə olan parlaq “İPS” ekranı müşahidəçilərin xoşuna gəlib. Planşetin məhsuldarlığı istənilən məsələ üçün kifayətdir.

 

Lakin müəyyən vaxtdan sonra qurğu bir neçə saniyəlik donur, 4 nüvəli çipin olmasını nəzərə alsaq, bu, çox qəribədir. Lakin müşahidəçilər “ASUS Transformer Prime” planşetinin avtonom iş müddətindən razı qalıblar. Test zamanı aparat akkumulyator batareyasının bir yüklənməsindən sonra 10 saatdan çox işləyib.

 

Bəzi çatışmazlıqlara baxmayaraq, “Transformer Prime” planşeti hal-hazırda ən yaxşı “Android” planşetidir,- “Engadget”-dən bildirilib. Yenilik qabaqcıl texniki xüsusiyyətləri, cazibədar dizaynı və aşağı qiyməti ilə öyünə bilər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL