waplog

“WhatsApp”da qrup videozənglərində istifadəçilərin limiti iki dəfə artırılacaq


Dünyada 100 milyonlarla insanın koronavirus pandemiyasına görə evdən işlədiyi və ünsiyyət saxladığı bir vaxtda video kommunikasiya xidmətlərinin populyarlığı kəskin artıb. Xidmətlərdən bir çoxu, məsələn, “Zoom” və ya “Skype” bir konfransa 10 və daha çox istifadəçi qoşmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, bu arada “WhatsApp”da qrup videozəngləri üçün 4 istifadəçi limiti rəqiblərinə uduzur. “WABetaInfo” nəşrinin məlumatına görə, “Facebook”a məxsus messencer bu problemi yaxın günlərdə aradan qaldırmağa çalışır.

 

Messencerin son beta-versiyasında videoçat iştirakçılarının limiti iki dəfə (8-dək istifadəçi) artırılıb.

 

Hazırda yenilik artıq “WhatsApp” messencerinin “iOS” və “Android” əməliyyat sistemləri üçün beta-versiyalarında əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL