waplog

“TikTok” messencerində videonu montaj etmək üçün funksiyalar əlçatan olub


"TikTok" messencerində videonu montaj etmək üçün funksiyalar əlçatan olub. Bu, sosial şəbəkədə daha tez bir zamanda şəxsi məzmun hazırlamağa imkan verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra.ru" saytına istinadən yazır ki, "TikTok" – bu, ilk növbədə video üzərində qurulmuş bir sosial şəbəkədir. Buna görə videonun redaktə edilməsi üçün funksiyalar məqsədəuyğundur.

 

"TikTok"un rəsmi saytında elan edilib ki, "Adjust Clips" adlandırılmış yeni funksiya öz hekayəsini birinci cəhddən çəkə bilməyənlər üçün nəzərdə tutulub. Yeni alət istifadəçilərə bir neçə müxtəlif çarx çəkməyi, sonra bir videoda onların ardıcıllığını müəyyənləşdirməyi, yəni sadə montaj etməyi təklif edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL