waplog

“MIUI 12” proqram təminatının qlobal beta versiyası buraxılıb


“Xiaomi” şirkəti bir həftə əvvəl “MIUI” proqram təminatının on ikinci versiyasını təqdim edib. Yenilənmiş proqram təminatının təqdimatından dərhal sonra Çində onun qapalı testlərinə başlanılıb. Bu dəfə isə “MIUI” proqram təminatının bütün dünya istifadəçilərinin yararlanacağı “Google” servisli modifikasiya edilmiş versiyası işıq üzü görüb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Xiaomi.EU” komandası tərəfindən yaradılan qlobal versiyada əvvəlcə mövcud olmayan “Google” mobil əlavələri və müxtəlif dillərin (Çin versiyasında yalnız Çin və ingilis dilləri var) dəstəyi yer alıb. “MIUI 12” proqram təminatının ilkin versiyasını “Android 9” və “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 28 “Xiaomi” və “Redmi” smartfon sahibləri sınaqdan keçirə bilərlər:

“Xiaomi Mi9” (Android 10), “Xiaomi Mi10 Pro” (Android 10), “Xiaomi Mi9 Pro 5G” (Android 10), “Redmi K20” (Android 10), “Xiaomi Mi8” (Android 10), “Xiaomi Mi8 Pro” (Android 10), “Xiaomi Mi Mix 2” (Android 9), “Redmi Note 8” (Android 9), “Xiaomi Mi9 SE” (Android 10), “Redmi Note 3” (Android 9), “Xiaomi Mi CC9e” (Android 9), “Redmi Note 7” (Android 10), “Xiaomi Mi Max 3” (Android 10), “Xiaomi Mi Mix 3” (Android 10), “Redmi K30/K30 5G” (Android 10), “Xiaomi Mi8 Lite” (Android 10), “Xiaomi Mi Mix 2S” (Android 10), “Xiaomi Mi CC9” (Android 10), “Redmi K20 Pro/K20 Pro Premium Edition” (Android 10), “Xiaomi Mi6” (Android 9), “Xiaomi Mi8 SE” (Android 10), “Xiaomi Mi CC9 Pro” (Android 10), “Xiaomi Mi10” (Android 10), “Xiaomi Mi8 Explorer Edition” (Android 10), “Redmi Note 7 Pro” (Android 10), “Xiaomi Mi 6X” (Android 9), “Redmi Note 5/5 Pro” (Android 9).

“MIUI 12” proqram təminatına təkmilləşdirilmiş interfeys, yaxşılaşdırılmış tünd mövzu, yenilənmiş standart əlavələr, yenidən işlənilmiş çoxekranlı rejim və digər dəyişikliklər daxildir. Yeni “MIUI” versiyasınadək yenilənmə ilə 40-dan çox “Xiaomi” və “Redmi” smartfonunun təchiz edilməsi nəzərdə tutulur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL