waplog

Yeni “Apple MacBook Pro 13” noutbuku təqdim edilib


"Apple" şirkəti 13 düym diaqonallı ekranla təchiz edilən yenilənmiş "MacBook Pro" noutbuklar seriyasını təqdim edib. Yeni modellər şirkətin saytında təsvir olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, 16 düymlük "MacBook Pro" və yenilənmiş "MacBook Air" noutbuklarından sonra yeni qurğular "Magic Keyboard" klaviaturası ilə təchiz edilib.

 

Yeni "MacBook Pro" modellərinin qabaqcıl versiyaları qrafik sürəti 80 faizədək artıran onuncu nəsil "Intel Core" prosessorları ilə təchiz olunub. Həmçinin bir sıra "MacBook Pro 13" modelləri 3733 meqahers takt tezlikli 16 giqabaytlıq sürətli operativ yaddaşla təchiz edilməyə başlayıb. 13 düymlük "MacBook" noutbukları tarixində ilk dəfə olaraq istifadəçilər 32 giqabayt operativ yaddaş tutumlu konfiqurasiya seçə biləcəklər. Bundan başqa, 13 düymlük ekrana malik "MacBook Pro" toplayıcılarının tutumu iki dəfə artırılıb. Hazırda qurğunun ən kiçik versiyası 256 giqabaytlıq SSD toplayıcısı ilə təchiz edilib, toplayıcının maksimal tutumu isə 4 terabayt təşkil edir.

 

Təqdim edilən noutbuklar ABŞ-da "Apple" şirkətinin ayrı-ayrı mağazalarında bu həftə ərzində 1299 dollardan başlayan qiymətlə satışa çıxarılacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL