waplog

“Android 11” sisteminin təqdimat tarixi məlum olub


"Google" şirkəti "Android 11" əməliyyat sisteminin təqdimat tarixini açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, sistemin təqdimatı iyunun 3-də "The Beta Launch Show" tədbiri çərçivəsində Bakı vaxtı ilə saat 19:00-da onlayn rejimdə keçiriləcək. Translyasiya zamanı "Google" əməkdaşları tərəfindən əməliyyat sisteminin yeni versiyası barədə məlumat veriləcək. Təqdimatdan sonra tərtibatçılar üçün şirkət ekspertləri tərəfindən yeni əməliyyat sistemi ilə bağlı sualların cavablandırılacağı xüsusi tədbir planlaşdırılır. Sualları əvvəlcədən "Twitter" vasitəsilə verərək məlumatda xüsusi "#AskAndroid" heşteqini göstərmək lazımdır.

 

Təqdimatla birlikdə "Android 11 Beta" sisteminin ilk buraxılışı gözlənilir. Sonuncu versiyanın buraxılışı bu ilin üçüncü rübünə planlaşdırılır.

 

Qeyd edək ki, "Google" bir neçə aydır "Android 11" əməliyyat sistemini sınaqdan keçirir. Sistemin tərtibatçılar üçün "I/O 2020" konfransında nümayişi nəzərdə tutulsa da, tədbir koronavirus pandemiyasına görə ləğv edilib.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL