waplog

“Facebook” pulsuz internet təklif edib


"Facebook" şirkəti internetə pulsuz çıxışa imkan verən "Discover" layihəsini istifadəyə verib. Hələ ki layihə yalnız Peruda işləyir. İndi "Discover" layihəsi "Android" üçün proqram formatında, həmçinin veb proqramlar formatında əlçatandır və 4 rabitə operatoru ilə işləyir. Lakin məzmun cəhətdən məhdudiyyətlər var. Video, musiqi və başqa "ağır" formatlar dəstəklənmir. Digər formatlar üçün gündəlik 10 MB həcmində məhdudiyyət qoyulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Facebook"un bəyanatında deyilir ki, yeni məhsul ilk növbədə o hallar üçün nəzərdə tutulub ki, istifadəçinin trafiki bitib, lakin rabitəyə ehtiyac var. Aydındır ki, "Facebook" operatorların xərclərini hansısa yolla kompensasiya edəcək və bu, dünyanın əsas sosial şəbəkəsinin hər kəsi internetlə təmin etmək üçün ilk cəhdi deyil.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL