waplog

“Microsoft” şirkəti “Windows” üçün mükəmməl kompüterin parametrlərini açıqlayıb


“Microsoft” şirkəti “Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün sistem tələblərinin siyahısını yeniləyib. Müvafiq sənədlər şirkətin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Microsoft”un versiyasına görə, “Windows 7” və “Windows 8” sistemlərinin idarəetməsi altında işləyən mükəmməl fərdi kompüter altıncı nəsil “Intel” və ya “AMD” prosessorları ilə təchiz edilməlidir. Həmçinin “Intel Atom”, “Celeron” və “Pentium” prosessorları ilə olan konfiqurasiyadan istifadə də mümkündür.

 

“Windows 10 1709”dan başlayaraq sistem səkkizinci nəsil “Intel” və ya yeddinci nəsil “AMD” çiplərini dəstəkləyir, həmçinin “Qualcomm Snapdragon 835” prosessorundan istifadə mümkündür. “Windows 10 2004” yeniləməsi “Intel Core i3”, “i5”, “i7”, “i9”, “i10” və yeddinci nəsil “AMD” çipləri daxil olmaqla 10-cu nəsil “Intel” prosessorları ilə düzgün işləyə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL