waplog

“Realme Smart TV” modelləri satışa çıxarılır


"Realme" şirkəti bu gün Hindistanda ilk "Realme Smart" televizorlarının satışına başlayır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, 32 düym diaqonallı ekranla təchiz edilən kiçik "Realme Smart TV" versiyasının qiyməti 170 dollar, 43 düymlük versiyanın isə 290 dollar təşkil edir. Bu qiymət siyasəti "Realme şirkətinə Hindistanın televizor bazarının lideri "Xiaomi" ilə rəqabət aparmağa imkan verəcək.

 

Televizor görüntünün keyfiyyətini yaxşılaşdıran "Chroma Boost Picture Engine" təsvir emalı texnologiyası ilə təchiz olunub. Ekranın pik parlaqlığı 400 kandel/kvadratmetr təşkil edir. Qurğuda əsas rolu indiyədək heç bir televizorda istifadə edilməyən 64 bitlik dördnüvəli "MediaTek" birkristallı sistemi oynayır. "Realme Smart" modeli "Cortex-A53" prosessor nüvəsi və "Mali-470 MP3" qrafik sürətləndiricisi, eləcə də 1 giqabaytlıq operativ yaddaş, 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. İstifadəçilər proqramları "Google Play" mağazasından quraşdıra biləcəklər.

 

Televizor ümumi gücü 24 vatta bərabər dörd səsgücləndirici və "Dolby Audio" dəstəyi ilə təchiz edilib. "Android TV" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Realme Smart TV" modeli "Chromecast" pleyeri və "Google Assistant" səsli köməkçi funksiyasına malikdir. Onun işə salınması üçün məsafədən idarəetmə pultunda müvafiq düymə mövcuddur. Bundan başqa, "YouTube", "Amazon Prime Video" və "Netflix" üçün düymələr nəzərdə tutulub.

 

Yeni TV modellərinin gələcəkdə digər ölkələrin bazarlarına çıxarılması planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL