waplog

“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub


Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtibatı kimi qəbul edilirdi və buna görə istifadəçilər arasında xüsusi maraq doğurmamışdı. Lakin ötən il şirkət öz yeni brauzerini yenidən hazırlayaraq onu dünyada ikinci ən populyar brauzerə çevirməyə nail oldu. İndi bütün “Windows 10” istifadəçilərinə “Chromium” mühərrikinə əsaslanan yeni brauzeri əlçatandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, quraşdırmadan sonra yeni versiya köhnəni əvəz edəcək, bütün sazlamalar, əlfəcinlər və başqa istifadəçi məlumatları avtomatik olaraq yeni brauzerə daşınır.

 

Brauzerin özəllikləri sırasına onun yüksək sürətindən başqa, şübhə doğuran məzmunun yüklənməsinə qarşı müdafiə, genişlənmələrin dəstəyi, saytların kontentinin yüksək səslə oxunması rejimi və yadda saxlanılmış səhifələrə sonra baxmaq üçün onları qruplaşdırmaq imkanı daxildir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL