waplog

“Microsoft” silinmiş faylların sürətli bərpası üçün proqram təqdim edib


“Windows” əməliyyat sistemində silinmiş fayllar müəyyən müddət "Səbət"də saxlanılır. Lakin sistem məlumatları bərpa etmək imkanı olmadan tamamilə silmək imkanına da malikdir. Bu kimi hallarda istifadəçilərin həyatını asanlaşdırmaq üçün “Microsoft” silinmiş, itirilmiş və ya zədələnmiş faylları bərpa etmək üçün pulsuz utilit təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Windows File Recovery” proqramı “NTFS”, “FAT”, “exFAT” və “ReFS” fayl sisteminə malik daxili və ya kənar SSD, HDD, fləş kart və ya yaddaş kartından silinmiş məlumatları bərpa etməyə imkan verir. Utilitin köməyi ilə aşağıdakı formatlı faylları bərpa etmək olar: “JPEG”, “PDF”, “PNG”, “MPEG”, “Office” faylları, “MP3”, “MP4”, “ZIP” arxiv və sairə.

 

Bərpa prosesi əmr sətrinin köməyi ilə yerinə yetirilir. İstifadəçi silinmiş faylın yolunu, onun adını, həmçinin bərpa etmək üçün lazım olan yeri göstərməlidir.

 

“Windows File Recovery” proqramını “Microsoft Store” internet mağazasından yükləmək olar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL