waplog

“iPhone 12” haqqında təfərrüatlar bəlli olub


“iPhone 12” istehsal xəttinə məxsus smartfonlar ən azı 4 QB əməli yaddaşla təchiz ediləcək. Bu barədə insayder və bazar analitiklərinə istinadən “MacRumors” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “L0vetodream” ləqəbli insayder “Twitter”də yazıb ki, sözügedən seriyanın standart aparatları 4 QB-lıq əməli yaddaş, “Pro” və “Pro Max” kimi bahalı modellər isə 6 QB-lıq əməli yaddaşla təchiz ediləcək. Nəşr dəqiqləşdirir ki, “L0vetodream” ləqəbli insayder apreldə təqdim edilmiş “iPhone SE” aparatının təfərrüatlarını da dəqiq qeyd etmiş mənbələrdən biri olub.

 

Jurnalistlər deyiblər ki, “Barclays” və “UBS”in analitikləri, həmçinin hesab edirlər ki, yeni modellər böyük tutumlu əməli yaddaşa malik olacaqlar. “Apple” şirkəti tərəfindən ümumilikdə 4 smartfonun təqdim ediləcəyi gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL