waplog

“Nubia Red Magic 5S” smartfonu məhsuldarlıq testində rekord nəticə qazanıb


"Nubia" şirkətinin icraçı direktoru Ni Fey populyar "AnTuTu" test proqramında yeni "Nubia Red Magic 5S" oyun smartfonunun nəticələrini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Nubia Red Magic 5S" testdə 659 586 bal toplayıb. Bu, test tarixində ən yüksək nəticədir. Əvvəlki rekord 648 871 bal toplayan "Lenovo Legion" oyun smartfonu tərəfindən müəyyənləşdirilib.

 

"Nubia Red Magic 5S" smartfonunun yüksək nəticəyə nail olması qrafik prosessorun sürətləndirilməsi ilə əlaqədardır. Baş direktor smartfonun 616 085 bal topladığı "Master Lu" test proqramında əldə etdiyi nəticələri də açıqlayıb.

 

"Nubia Red Magic 5S" şirkətin "Red Magic 5G" və "Nubia Play 5G" (digər adı Red Magic 5G Lite) modellərindən sonra bu il təqdim edilən üçüncü oyun smartfonu olacaq. Yeni smartfon 144 QHs yeniləmə tezliyinə malik ekranla təchiz ediləcək.

 

Bundan başqa, smartfon əvvəlki model kimi "AMOLED" panelə malik olacaq. Həmçinin qurğu "Qualcomm Snapdragon 865 Plus" birkristallı sistemi əsasında qurulacaq. "Nubia Red Magic 5S" smartfonu "Red Magic 5G" kimi "LPDDR5" operativ yaddaşı ilə təchiz edilsə də, "UFS 3.0" quraşdırılmış yaddaşı daha sürətli "UFS 3.1" ilə əvəzlənib. Şirkət nümayəndələrinin sözlərinə görə, "Magic Write" sürətli oxuma-yazma texnologiyası optimallaşdırılıb ki, bu da qurğunun ümumi məhsuldarlığını yaxşılaşdırmağa imkan verib.

 

"Nubia Red Magic 5S" smartfonunun təqdimatı iyulun 28-nə "Nubia Watch" "ağıllı" saatı ilə birlikdə planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL