waplog

“Telegram”da videozənglər funksiyası istifadəyə verilib


“Telegram” messencerində videozənglər funksiyası işə salınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Durov kodu” nəşrinin məlumatına görə, test mərhələsində olan funksiyadan hazırda “iOS” istifadəçiləri yararlana bilərlər.

 

Məlumata görə, bunun üçün “App Store” mağazasında messencerin “6.3” adlı aktual versiyasının yüklənməsi tələb olunur. Sonra “Experimental Feature” (Eksperimental funksiyalar) funksiyasının aktivləşdirildiyi “Debug” menyusunu açmaq üçün proqramdakı quraşdırmalar işarəsi üzərinə 10 dəfə basmaq lazımdır. Bundan sonra profilə daxil olaraq fotoşəkilin üzərinə gəlmək və funksiyadan istifadə etmək lazımdır.

 

Bu zaman həmsöhbətin eyni hərəkətləri yerinə yetirməsi vacibdir, əks halda, videozəng etmək mümkün olmayacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL