waplog

Vergilər Nazirliyi elektron xidmətləri daha da genişləndirəcək


“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar keçirdiyi müsabiqədə  “Ən yaxşı elektron xidmət” nominasiyasında 1-ci yeri Vergilər Nazirliyinin portalının əldə etməsi əməyimizə verilən yüksək qiymətdir”.

Vergilər Nazirliyindən verilən məlumatda belə deyilir. Nazirlikdən verilən məlumata görə, elektron hökumət portalının yaradılması ilə bağlı onlar bu sahədə daha böyük işlər görməyə başlayıblar və nəticə bu yaxınlarda özünü daha aydın göstərəcək.

Qeyd edək ki, RİTN “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə” və “Ən yaxşı elektron xidmət” üzrə müsabiqələr keçirib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL