waplog

“İBM” korporasiyası “DemandTec” şirkətini satın alır


“İBM” korporasiyası dünən 440 milyon dollara “DemandTec” şirkətini satın alması haqqında saziş bağladığını elan edib. Bu şirkəti almaqla “İBM” korporasiyası proqram təminatı və İT xidmət sahəsini daha da genişləndirəcək. Satınalma üzrə saziş 2012-ci ilin birinci rübündə bağlanmalıdır.

“DemandTec” şirkəti pərakəndə ticarət şirkətləri və şirkətlər üçün istehlakçılara istiqamətlənən proqram təminatı hazırlayır. “İBM” korporasiyasından məlumat veriblər ki, “DemandTec” şirkətinin həlləri “Smarter Commerce” bölməsinə birləşdiriləcək.

“İBM” bu bölmədə əvvəllər istehlakçılarla bağlı məhsullar istehsal edib.Bugünkü gündə “DemandTec” şirkətində 350 insan işləyir, şirkətin portfelində 31 patent var.

Qeyd edək ki, “İBM” korporasiyası bir neçə gün əvvəl dövlət sektoru üçün proqram təminatı hazırlayan “Curam Software” şirkətini satın alıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL