waplog

“Huawei GameCenter” oyun mərkəzi analoji “Google” servisini əvəzləyəcək


“Huawei” şirkəti “GameCenter” oyun platformasını istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, analoji “Google” servisini əvəzləyəcək “GameCenter” bütün istifadəçi oyunlarının cəmləşəcəyi virtual məkandır. Platformanın əsas xüsusiyyətləri arasında eksklüziv onlayn oyun paketlərinin və oyundaxili xüsusi təkliflərin, o cümlədən oyun kontenti üçün digər platformalarda təqdim edilməyən endirimlər və əlavə funksiyaların mövcudluğu qeyd olunur.

 

“Huawei GameCenter” əvvəlcə Avropa, Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionu ölkələri olmaqla dünyanın 33 ölkəsində istifadəçilərin ixtiyarına veriləcək. Platformanı “Huawei AppGallery” əlavələr mağazası vasitəsilə quraşdırmaq olar.

 

“Huawei” və “GameCenter” qurğuları istifadəçilərinin əvvəlcə yararlanacağı oyunlar arasında “Starship Legion-AMG”, “BORN AS EPIC”, “Farm Legend”, “Survival Road”, “Ellr Land”, “Dynasty Legends: True Hero Rises from Chaos”, “Goddess MUA” yer alıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL