waplog

“Android” sistemində vacib faylların yeni mühafizə üsulu hazırlanıb


“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın mühafizə edilməsi imkanlarını genişləndirib. İndi "Google Files"da "təhlükəsiz qovluq" adlı xüsusi funksiya istifadəyə verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni seçim vacib sənəd, təsvir və videoların saxlanıldığı qovluğa dördrəqəmli PİN kod quraşdırmağa imkan verir. İstifadəçi proqrama daxil olduqda hər dəfə kodu daxil etməlidir.

 

Hələ ki "təhlükəsiz qovluq" funksiyası "Google Files"in beta-versiyasında dəstəklənir. Sözügedən funksiya yaxın həftələrdə əksər istifadəçilər üçün əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL