waplog

Hakerlər “Canon” şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər


İstifadəçilərin foto və videolarının saxlanıldığı Yaponiyanın “Canon” şirkətinin “bulud” xidmətinə hakerlər tərəfindən müdaxilə edilməsi təxmin edilir. Bu haqda “Bleeping Computer” ixtisaslaşdırılmış portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, portalın iddiasına görə, avqustun 5-də “Maze” haker qruplaşmasının hücumu nəticəsində istifadəçilərin fərdi məlumatları daxil olmaqla 10 terabayt informasiya oğurlanıb.

 

Hakerlər tərəfindən edilməsi təxmin edilən hücumu şərh edən “Canon” şirkətinin nümayəndəsi “Forbes” jurnalına müsahibəsində deyib ki, "hazırda vəziyyət araşdırılır".

 

1937-ci ildə təsis edilmiş “Canon” şirkəti dünyada ən böyük optika və fotoaparat istehsalçılarından biridir. Şirkətin bazar kapitallaşdırması 22,7 milyard dollar təşkil edir. Mənzil-qərargahı Tokioda yerləşir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL