waplog

Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq


“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına görə 5 faiz azalacağını proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin gözləntisinə görə, bu il banklar və qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən informasiya texnologiyalarına 2019-cu ildəki 539 milyard dollara qarşı 514 milyard dollar sərf ediləcək. 2021-ci ildə sektorda İT xərcləri 6,6 faiz artaraq 547,8 milyard dollara çatacaq.

2020-ci ildə maliyyə sektorunda İT büdcələrinin ən böyük azalması kompüter, mobil qurğu və digər avadanlıqlar üçün gözlənilir. Burada xərclər 12,1 faiz azalaraq 29,2 milyard dollar təşkil edəcək. Data mərkəzləri üçün həllərin satışı isə 11,1 faiz azalaraq 27,8 milyard dollara bərabər olacaq.

Maliyyə sektorunda ən yaxşı vəziyyət korporativ proqram təminatının alışındadır. 2020-ci ildə onun payı 100,6 milyard dollara bərabər olacaq ki, bu da təxminən bir il əvvəlki göstəriciyə uyğundur.
Cari ildə maliyyə təşkilatlarının İT xidmətləri üçün xərcləri 4,4 faiz azalaraq 195,6 milyard dollar, kommunikasiya xidməti xərcləri 5,6 faiz azalaraq 72,9 milyard dollar təşkil edəcək.

Şirkət analitiklərinin qənaətinə görə, maliyyə sahəsinin yeni gəlir mənbələri yaratmaq qabiliyyəti uzunmüddətli bərpa şəraitində uzunmüddətli uğur üçün böyük əhəmiyyətə malik olacaq. “COVID-19” banklara rəqəmli fəaliyyəti genişləndirmək və təklif olunan xidmətləri artırmaq imkanı verib. Tədqiqata görə, bankların mədaxilinin təxminən 27 faizi rəqəmli xidmətlərin payına düşür.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL