waplog

Ölkədə tibb televiziyası fəaliyyətə başlayıb


Azərbaycanın ilk və yeganə tibb və sağlamlıq kanalı olan “www.tvtibb.az” internet televiziyası fəaliyyətə başlayıb. Kanalın qarşısına qoyduğu əsas məqsəd insanlara faydalı olmaq, onları tibbin ən son nailiyyətləri barədə xəbərdar etmək, Azərbaycan dilində professional televiziya kontenti formalaşdırmaqdır.

Ölkənin tibb və sağlamlıq sektorunda baş verən yeniliklər, aparılan araşdırmalar, elmi tədqiqatlar “tvtibb”-in verilişlərinin əsas mövzusu olacaq. 24 saat tibbə və sağlamlığa həsr olunmuş teleyayımla bərabər, “tvtibb.az” internet portalında təbabətə və sağlamlığın qorunmasına aid hər bir sahə öz əksini tapacaq.

Burada bütün tibbi mövzuların müzakirə ediləcəyi forumun, onlayn-məsləhət bölməsinin, xəbərlər səhifəsinin, tibbin bütün istiqamətlərinə aid yeniliklərin yerləşdirildiyi ixtisaslaşdırılmış rubrikaların hazırlanması planlaşdırılır.

“Tvtibb”, HD formatında işləyən müasir çəkiliş, montaj və yayım texnologiyasına malikdir. Şirkətin yayım platforması və serverləri Azərbaycanda yerləşir və “tvtibb” mütəxəssisləri tərəfindən  hazırlanıb. 2011-ci il dekabrın 10-dan etibarən bu kanala internet vasitəsilə eyni zamanda 20 min tamaşaçı baxmaq imkanına malik olacaq.

Kanalda səhiyyənin müxtəlif problemlərinə və tibbi mövzuların müzakirəsinə həsr olunmuş tok-şouların hazırlanması və canlı yayımı da nəzərdə tutulur. Televiziya efirinin 80%-ə qədəri kanalın öz istehsalı olan proqramlardan ibarətdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL