waplog

Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb


Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin casus proqramlarını quraşdırıb. Bu proqramları indiyədək “Google Play” və “App Store”də tapmaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu proqramlar dünyada 157 milyondan çox istifadəçi tərəfindən yüklənilib. Maraqlıdır ki, “QuVideo Inc.” proqram təminatı bir neçə il bundan əvvəl casus və zərərverici proqram təminatı kimi tanınıb.
 
“QuVideo” şirkəti video və fotoredaktor proqramlarının hazırlanması ilə məşğul olur. Hazırladığı 6 proqramdan ən populyarı “VivaVideo”dur. Bu proqram “Google Play”də öz kateqoriyasında birinci yerlərdən birini tutur, 100 milyondan çox insan tərəfindən yüklənilib.
 
Ancaq proqram onun funksiyaları ilə bağlı olmayan məlumatlara sorğu göndərir. Məsələn, məkanı təyin etmək üçün.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL