waplog

Şimal bölgəsində də rəqəmli TV yayımına başlanıldı


Şimal bölgəsində rəqəmli televiziya yayımı təşkil olundu. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, Qubada yeni telestansiyanın tikilib istifadəyə verilməsi ilə rəqəmli TV yayımı həyata keçirilməyə başlanıb. Texniki direktor yaxın vaxtlarda bütün Azərbaycanda rəqəmsal yayımın təmin ediləcəyini bildirdi.

 Qeyd edək ki, rəqəmsal yayımın hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan,Cəlilabad, Astara, Poylu, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlardan əlavə ətraf rayonları da əhatə etdiyi bildirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL