waplog

“Samsung” şirkəti Avstraliyada “Apple” üzərində qələbə qazanıb


“Apple” şirkəti “Samsung Galaxy Tab 10.1” planşet kompyuterinin satışlarına qoyulmuş qadağanı uzatmaq tələbi ilə Avstraliya məhkəməsinə apelyasiya vermişdi. Lakin Avstraliya məhkəməsi “Apple” şirkətinin apelyasiyasını qəbul etməyib.

Qeyd edək ki, “Apple” və “Samsung” şirkətləri amansız patent müharibəsi aparırlar. "Alma" imperiyası Cənubi Koreya istehsalçısını “iPad” planşetinin  dizaynının, istifadəçi interfeysinin kopyalanmasında, həmçinin bir sıra patentlənmiş texnologiyaların qanunsuz istifadəsində ittiham edir.

“Samsung” isə “Apple” şirkətini məlumatların simsiz ötürülməsi, enerji istehlakının azaldılması vasitələri və s. ilə bağlı olan patentlərinin pozulmasında günahlandırır.“Apple” və “Samsung” şirkətləri patent iddialarını 10 dövlətdə,  həmçinin ABŞ-da aparırlar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL