waplog

Şəkidə rəqəmsal yayım təmin olunub


Şəki telestansiyasından rəqəmsal yayım təmin olunub. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, Şəki stansiyasından həyata keçirilən yayım nəticəsində ətraf ərazilər və Mingəçevir, Ağdaş və Yevlax ərazilərində yayım daha da gücləndirilib. Texniki direktor yaxın vaxtlarda bütün Azərbaycanda rəqəmsal yayımın təmin ediləcəyini bildirdi.

 Qeyd edək ki, rəqəmsal yayımın hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Cəlilabad, Astara, Poylu, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlardan əlavə ətraf rayonları da əhatə etdiyi bildirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL