waplog

“Facebook”da öz ölümü barədə əvvəlcədən xəbər verdi və 1 həftə sonra öldü


Keçən həftə 12 yaşlı Rami Qrimer “Facebook” sosial şəbəkəsində profilində öz ölümü haqqında əvvəlcədən məlumat yerləşdirmişdi. Bir müddətdən sonra o, həqiqətən güllə ilə vurulub.

Bu dəhşətli hadisə ABŞ-ın Texas ştatında baş verib. Rami Qrimeri anası Reyçel Qrimmer güllə ilə vurub və sonra özünə qəsd edib. Reyçel Qrimmer, həmçinin Raminin qardaşı, Timoti Qrimmeri də vurub.

Polis nümayəndələri baş verənləri rəsmən təsdiq ediblər. Rami Qrimer ölüb.  Onun qardaşı Timoti isə son dərəcə ağır vəziyyətdədir, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Ətrafdakılar Timoti və Raminin boya-başa çatdığı ailəni xoşbəxt ailə  adlandırmırdılar. Timoti və Raminin nənəsi Meri Li Şeperd bildirib ki, Reyçelin psixikasında  problemlər var idi. Qrimmer ailəsi “Texas”a Ohayo ştatından köçüb, lakin  pul olmadığından yaşamaq üçün yer yox idi.

Ona görə bu ailə dəniz sahilində, çadırda, bir sözlə harda gəldi yaşamalı olub. Uşaq hüquqlarının müdafiəsi xidməti bu ailə ilə maraqlanıb və hətta onlara baş çəkib, lakin uşaqlarla heç bir pis rəftar əlaməti aşkar etməyiblər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL