waplog

“Hitachi” şirkəti 4 TB tutumlu daxili vinçesterlərin satışına başlayıb


Yaponiya pərakəndə satışına “Hitachi” şirkətinin 3.5 düym form-faktorda hazırlanmış 4 TB tutumlu sərt diskləri çıxarılıb.Daşıyıcılar “DeskStar 5K” ailəsinə aiddirlər. Onlar 32 MB tutumlu buferlə təchiz ediliblər; kompyuterə qoşulma üçün “Serial ATA 3.0” interfeysi istifadə edilib.

Disklərdə “CoolSpin” firma texnologiyası reallaşdırılıb. “Hitachi” şirkətinin  bəyanatına əsasən, o, məhsuldarlıq, enerji istehlakı və səs səviyyəsi arasında optimal balans təmin edir.

Sərt disk stolüstü kompyuterlərdə istifadə üçün nəzərdə tutulub. Qiyməti  təxminən 345 dollardır. Yeniliyin Yaponiyadan kənara tədarük olunma müddəti hələ bildirilmir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL