waplog

“Fujitsu” şirkəti “Stylistic Q550” biznes-planşetini yeniləyib


“Fujitsu” şirkəti “Stylistic Q550” planşet kompyuterinin təkmilləşdirilmiş  modifikasiyasının satışlarına başlayıb.Qurğu “İntel Oak Trail” aparat platformasında hazırlanıb. Aparatın “ürəy”i 1,7 QHz takt tezlikli “Atom Z690” prosessorudur.

Qurğunun orijinal versiyası 1,5 QHz takt tezliyi ilə işləyən “Z670” çipi ilə təchiz edilib.
Bundan əlavə, inteqrasiya edilmiş fləş-daşıyıcının tutumu artıb: əgər əvvəl 32 və 64 Qb daxili yaddaş ilə olan versiyalar təklif edilirdisə, hal-hazırda isə  128 QB tutumlu fləş-modulla olan modellər də əlçatandır.

Qurğu “Bluetooth” və “Wi-Fi” simsiz əlaqə adapterləri, smart-kart  hesablayıcısı, daktiloskopik datçik, həmçinin 2 kamera ilə təchiz edilib.

Planşetə “Windows 7” əməliyyat sistemi quraşdırılıb; maksimal konfiqurasiyada qurğunun qiyməti 1440 dollardır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL