waplog

İKT xidmətləri üzrə milli təsnifat dövlət qeydiyyatına alınıb


Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətlərinin Statistik Təsnifatı hazırlanıb.
Təsnifatın layihəsi əlaqədar dövlət təşkilatları, elm və təhsil müəssisələri ilə razılaşdırıldıqdan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZT 042-2011 nömrəsi ilə qeydiyyata alınaraq, 20 iyun 2011-ci il tarixdən tətbiq olunub.
AZT 042-2011 təsnifatı Avropa İqtisadi Birliyi Statistika Komissiyasının CPA 2008 (Classification of products by activity) təsnifatının bazası əsasında hazırlanmışdır və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulur. Həmçinin, bu təsnifata hazırda ABŞ, Kanada və Meksikada tətbiq edilən “North American Product Classification System” təsnifatında əksini tapmış aktual İKT xidmətləri də salınıb.
Hazırda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na əsasən İKT məhsulları üzrə milli təsnifatın layihəsi işlənməkdədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL