waplog

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Yaşıl texnologiyalar həftəsi” açılıb


Dekabrın 12-də Dünya Gənclər Bankı Şəbəkəsi (DGBŞ) MDB ölkələri üzrə regional ofisinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Yaşıl texnologiyalar həftəsi”nin açılış mərasimi olub.

Layihə haqqında məlumat verən DGBŞ-nin MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli bildirmişdir ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə MDB məkanında ilk dəfə təşkil olunan “Yaşıl texnologiyalar həftəsi” çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Təbiətə, insanlara zərərsiz məhsulların istehsalını nəzərdə tutan “yaşıl texnologiya”nın tikinti, enerji, nanotexnologiya və kimya sahələrini əhatə etdiyini qeyd edən V.Hüseynli bildirib ki, layihənin məqsədi gəncləri bu sahəyə daha çox cəlb etməkdir.

Mərasim çərçivəsində dünya şöhrətli alim, Nobel mükafatçısı, UNESCO-nun “Elmdə qadın” nominasiyasında “LOREAL” mükafatına layiq görülmüş xanım Ada Yonatın gənclərlə görüşü keçirilib.

Azərbaycana ilk səfərindən məmnunluğunu bildirən A.Yonat Bakı haqqında çox gözəl təəssüratlarının olduğunu deyib.

“Yaşıl texnologiyalar həftəsi” çərçivəsində keçiriləcək konfransın işinə uğurlar arzulayan alim tədbirin əhəmiyyətindən danışmışdır. Vurğulamışdır ki, yaşıl texnologiyalar bizim gələcəyimizdir və hər bir dövlət bu istiqamətdə fəal tədbirlər həyata keçirməlidir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL