waplog

“B&B” TV yanvar ayının sonunda Naxçıvan MR-də yayıma başlayır


“B&B” TV 2012-ci ilin yanvar ayının sonunda Naxçıvan MR ərazisində Düzdağ RTYS-dən 12 kanaldan ibarət sosial paketin yayımı planlaşdırılır. Bu barədə “ictnews.az”-a şirkətin Biznesin inkişafı üzrə meneceri Fərhad Qafarzadə bildirib.

Onun sözlərinə görə, Muxtar Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımında Naxçıvanın 2 yerli televiziyası da daxil olmaqla müştərilərə müxtəlif paketlər təqdim ediləcək.

Bu, Bakı və Abşeron yarımadasından sonra regionlarda ilk yayım olacaq. Naxçıvan MR sakinləri  də şirkətin yayım paketlərinə abunə olub maraqlı kanallara baxa biləcəklər.


 Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən “B&B TV Kommunikeyşn” MMC-yə Naxçıvanda rəqəmli TV yayımı üçün lisenziya verilmişdir.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL