waplog

Ən yaxşı işə götürən şirkətlərin reytinqi


“Glassdoor” veb-saytı ən yaxşı işə götürənlərin dördüncü illik siyahısını dərc edib. Siyahıya müxtəlif sahələrdən 50 şirkət daxil edilib.

Bu siyahıda İT şirkətləri də yer alıb: “Facebook”, “Google”, “Apple”, “Rackspace” (hostinq xidmətləri), “Salesforce.com”, “Citrix Systems”, “Qualcomm”, “SAP America”, “NetApp”, “İntel”, “Groupon”, “İntuit” və “Nvidia”. Bütün bu şirkətlər “Satisfied” reytinqinə daxildir.

İlk onluğa 3 İT şirkəti daxildir: 4,3 bal ilə “Facebook”, 4,0 bal ilə “Google” və 3,9 bal ilə “Apple” şirkəti. “İntel” korporasiyası isə 32-ci yerdə qərarlaşıb.

“Glassdoor” saytının apardığı tədqiqatda, həmçinin əməkdaşların şirkət rəhbərlərinə münasibəti də nəzərə alınıb. İT şirkətlərinin əməkdaşları arasında ən böyük etibara “NetApp” şirkətinin icraçı direktoru Tom Corcens malikdir. İkinci yerdə isə “Apple” şirkətinin icraçı direktoru Tim Kukdur .


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL