waplog

"Azərpoçt" MMC ilə "Ata Siğorta” anlaşdı


"Azərpoçt" MMC ilə "Ata Siğorta" şirkəti əməkdaşlıq sazişi imzalayıb. Müqaviləyə görə, "Ata Siğorta" "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərəcək.

"Ata Siğorta" şirkətinin idarə heyəti sədrinin müavini İsrail Qarayev  ictneüs.az-a verdiyi məlumata görə, gələn il şirkətin əsas məqsədi satış həcmlərinin artırılması olacaq. Buna  görə də şirkət iri şəbəkəyə malik “Azərpoçt”MMC ilə işləməyi qərara alıb.

Müqavilə ölkə əhalisinin şirkətin məhsul və xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə sadələşdirir. "Azərpoçt"la əməkdaşlıq şirkətin müştəri bazasını 2-2,5 dəfə artırmağa imkan verəcək. Hazırda şirkətin 15 mindən çox müştərisi var.

Onun sözlərinə görə, poçt operatorunun şöbələrində şirkətin işlədiyi sığortanın bütün növləri üzrə məhsullar satılacaq.Poçt şöbələrində polislərin satışı tamamilə avtomatlaşdırılacaq və elektron şəkildə həyata keçiriləcək.
  “Azərpoçt"MMC-nin baş direktorunun müavini Sübhan Kazımovun sözlərinə görə, bu gün poçt operatoru ölkədə ən şaxələndirilmiş filial şəbəkəsinə malikdir.

Müəssiənin ölkə üzrə 1500-dən çox şöbəsi var ki, onlar avtomatlaşdırılmış korporativ şəbəkəyə birləşdiriliblər. 800-dən artıq poçt şöbəsi tamamilə avtomatlaşdırılıb. "Azərpoçt"da işlərin avtomatlaşdırılması üçün dövlət maliyyələşdirilməsi ayrılarkən əhalinin ən ucqar kəndlərdə bank və maliyyə xidmətlərindən istifadəsinin təmin olunması da nəzərə alınıb.

“ Biz 100-ə yaxın şirkətlə müqavilə imzalamışıq. İstənilən şirkət, o cümlədən sığorta şirkəti belə əlaqələrin qurulması üçün bizə müraciət edə bilər", - Kazımov deyib.

Onun sözlərinə görə, bu müqavilədə əsas tələb əhalinin sığortanın icbari növlərinə çıxışının təmin olunmasıdır.

"Ata Siğorta" şirkəti Azərbaycanda yaradılan icbari sığorta bürosunun təsisçi və iştirakçılarından biridir."Ata Siğorta" 2004-cü ilin sentyabrında fəaliyyətə başlayıb. Şirkət "AtaHolding" şirkətlər qrupuna daxildir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL