waplog

Stiv Cobs komiks qəhrəmanı olacaq


“Forbes” jurnalının əməkdaşı Kaleb Melbi (Caleb Melby) komikslər kitabı çıxaracaq. Stiv Cobs kitabın baş qəhrəmanı olacaq,- “Röyters” xəbər verib.

Kitab "The Zen of Steve Jobs" adlanacaq və “Apple” həmtəsisçisinin  "mənəvi inkişaf"ından danışacaq. Kitabda 1970-ci ildən 2011-ci ilə qədər olan dövr əhatə olunub, lakin əsas hadisələr 1985-ci ildə baş verir.

Məhz o zaman Stiv Cobs “Apple” şirkətindən getmiş və “Next” şirkətinin əsasını qoymuşdu, - Forbes bildirib.
Buddist rahibi Kobun Tino Otoqavoy (Kobun Chino Otogawa) ilə Stiv Cobsun münasibətləri hekayənin mərkəzini təşkil edəcək.

Otoqava 1991-ci ildə Stiv Cobs və Loren Pauellin (Laurene Powell) toy mərasimini aparıb.
Komiks “John Wiley & Sons” nəşriyyatında çıxacaq. Kitab “Amazon” mağazasında, həmçinin “App Store” və “Barnes & Noble”-da satılacaq.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL