waplog

Sony korporasiyasının yeni nəsil cib konsolu satışa çıxarılıb


Şənbə günü, dekabr ayının 17-də Yaponiyada Sony PlayStation Vita portativ oyun konsolunun satışları başlanıb.Oyun konsolu ARM Cortex-A9 arxitekturası ilə olan dördnüvəli prosessor və PowerVR SGX543MP4+ qrafik sürətləndiricisi ilə təchiz olunub.

Qurğu 960×544 nöqtə kəskinlikli 5 düymlü sensor ekranla, 2 kamera, GPS, Bluetooth 2.1+EDR modulları ilə təchiz olunub.Qurğunu ABŞ və Avropada fevral ayının 22-də almaq mümkün olacaq.

Amerikalılar Wi- Fi adapterlə olan model üçün 250 dollar, Wi-Fi və 3G dəstəyi ilə model üçün isə 300 dollar ödəməli olacaqlar. Avropa bazarında qiymət müvafiq olaraq 250 və 300 avro təşkil edəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL