waplog

“Seagate” şirkəti “Samsung”un sərt disklər bölməsinin alınması ilə bağlı razılaşmanı başa çatdırıb


Dünyanın sərt disklərinin ən iri istehsalçılarından biri “Seagate” şirkəti “Samsung Electronics” korporasiyasından vinçesterlərin istehsalı üzrə bölməsinin alınması ilə bağlı razılaşmanı başa çatdırıb.
Razılaşmanın dəyəri 1,35 milyard dollar təşkil edir.

Razılaşmanın şərtlərinə əsasən, “Seagate” şirkəti “Samsung”dan onun sərt disklərin istehsalı üzrə zərər gətirən biznesinin ayrı-ayrı elementlərini alacaq, habelə infrastruktur və əməkdaşlar “Seagate”-in ixtiyarına veriləcək.  

Şirkətlər arasında razılıq barədə 2011-ci ilin aprelində elan edilib. Sazişin şərtlərinə görə, “Seagate” öz bərk cisimli məlumat toplayıcılarında “Samsung”un istehsal etdiyi fləş-yaddaşlarının NAND-modullarını tətbiq edə biləcək. Saziş çərçivəsində ABŞ şirkəti “Samsung”u noutbuk və kompyuterlər üçün sərt disklər və toplayıcılarla təmin edəcək.   

“Digit”-in yazdığına görə, razılaşma “Seagete”-in Çin, Cənub-Şərqi Asiya, Braziliya, Almaniya və Rusiya bazarlarında iştirakını genişləndirməyə imkan verəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL