waplog

“Oracle” korporasiyasının rüblük nəticələri aşağı olub


Dünyada proqram təminatının ikinci təchizatçısı olan “Oracle” şirkəti növbəti rübə yekun vurub. Mədaxil və gəlir göstəriciləri ekspertlərin proqnozlarından aşağı olub.

İkinci maliyyə rübünün nəticəsinə əsasən, “Oracle” korporasiyasının əməliyyat gəliri 1 səhm üçün 54 sent və ya 8,81 milyard ABŞ dolları təşkil edib. Analitiklər isə proqnozlaşdırırdılar ki, satışlardan əldə olunan rüblük mədaxil 9,23 milyard ABŞ dolları təşkil edəcək, əməliyyat gəliri isə 1 səhm üçün 57 sent səviyyədə olacaq.

“Oracle” korporasiyasının hesabat dövrü üçün xalis mənfəəti  2,19 milyard ABŞ dolları və ya 43 sent təşkil edib.“Oracle” korporasiyası rüblük hesabatını dərc etdikdən sonra şirkətin səhmləri 11% aşağı düşüb.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL