waplog

Avropalı mühəndislər yeni nəsil “RAM”-yaddaş yaradırlar


Avropalı mühəndislər komandası “RAM”-yaddaşın təcrübi çipləri üzərində işləyirlər. Yeni nəsil yaddaşın ötürmə sürəti 100 Qbit/san təşkil etməlidir. Bu çiplərdə mis əlaqələrdən tamamilə imtina ediləcəyi gözlənilir.

Hal-hazırda “RAMPLAS” adlı layihədə “FP7” (Seventh Framework Programme) proqramı çərçivəsində Avropa Birliyindən bir neçə milyon avro almış 6 Avropa universiteti iştirak edir. Texnologiyanın istehsalçıları bildirirlər ki, yeni yaddaş çiplərində 2 texnologiyanı birləşdirmək nəzərdə tutulub.

Onlardan biri hal-hazırda istifadə edilən “SOİ” (Silicon on İnsulator) texnologiyası və digəri isə yeni "foton inteqrasiyası" texnologiyasıdır.

İstehsalçılar bildiriblər ki, çipləri gələcəkdə real vaxt rejimində böyük tutumlu məlumatlar ilə işləməli olan "ultra-sürətli kompyuter arxitekturalarında" istifadə etmək mümkün olacaq.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL