waplog

LDU-da elektron təhsil şəbəkəsi yaradılıb


Lənkəranda informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sahənin inkişafı rayonda bütün sahələrin sürətlə inkişafına təsir edib. 

Rayonda bütün yaşayış məntəqələrinin elektronlaşdırılması eyni zamanda yüksək sürətlə internetə çıxışın əldə olnması və optik rabitənin tətbiqi  informasiya texnologiyalarından səmərəli istifadənin təmin olunmasına şərait yaradıb.

Lənkəran Dövlət Universitetində elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi şəhərdə İKT infrastrukturunun yüksək keyfiyyətli fəaliyyətinin nəticəsidir. Universitetin  İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Ənvər Şahqubadbəyli  məlumat verib.

O bildirib ki, universitet TEMPUS, İNTAS, NATO, İREX kimi mötəbər beynəlxalq təşkilatların qrant layihələrinin qalibidir. NATO-nun qrantı hesabına universitetdə elektron elm, təhsil şəbəkəsi quraşdırılıb.

Elektron təhsil şəbəkəsi tələbələrin, müəllimlərin, elmi işçilərin dünyanın ən qabaqcıl ali məktəbləri ilə əlaqə yaratması üçün yeni imkanlar yaradıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL