waplog

Növbəti "Nar Dünyası" satış və xidmət mərkəzləri istifadəyə verildi


Xaçmaz şəhərində N. Nərimanov küç. 54A ünvanında “Nar Mobile” tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzləri istifadəyə verilib.

Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.

 Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, “Nar 3G+” modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.“

Nar  Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.


Açılış mərasimi zamanı, “Nar Dünyası”  satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni “Nar 3G+” modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular, yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.
Hazırda Bakı şəhərində “Nar Mobile” tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 25 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL