waplog

Azərbaycanda telekommunikasiya xidmətləri üzrə tariflər 1,3 faiz azalıb


Noyabrda qeydə alınan mobil rabitə xidmətləri üzrə qiymət azalması oktyabrla müqayisədə 1,8 faiz təşkil edib. Bu da ümumilikdə telekommunikasiya sahəsi üzrə tariflərin 1,3 faiz azalmasına təsir edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilən dövrdə əhaliyə poçt rabitə xidmətlərinin göstərilməsi üzrə 0,4 faiz bahalaşma qeydə alınıb.
Məlumata əsasən, ilin əvvəlindən noyabra qədər mobil rabitə xidmətləri üzrə tariflərin 5,4 faiz, internet xidmətləri üzrə 11,3 faiz, stasionar telefon rabitə xidmətləri üzrə 1,2 faiz və universal rabitə xidmətləri üzrə 1,2 faiz azalması qeydə alınıb.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL