waplog

Yerli kanalların hamsı Qarabağ ərazisində yayımlanır


“Azərbaycanın işğal altında olan ərazisində yerli kanalların yayımında heç bir problem yoxdur” - bu barədə “İCTnews”-a məlumat verən “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib ki, Ağsu aşırımında 843 metr yüksəklikdə 93 metrlik teleqüllənin tikilməsindən sonra Azərbaycan kanallarının yüksək keyfiyyətlə yayımı tam təmin edilmişdir.
“Hazırda Füzuli rayonunun “Əhmədbəyli” stansiyasından Qarabağın cənub bölgələrində keyfiyyətli yayım təmin olunur. Bu yaxınlarda Tərtərdə tikilən yeni teleqüllənin istifadəyə verilməsi ilə bölgənin şimalında da yayım keyfiyyəti bir qədər artacaq. Ancaq Ağsu qülləsindən güclü yayım nəinki Qarabağa, hətta Ermənistan ərazisinə də çatır ” -deyə, texniki direktor bildirib.
Qeyd edək ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ ərazisində özəl telekanalların da yayımı Ağsu qülləsindən ötürülür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL