waplog

Prosessorla işləyən smartfonlar


“İntel” və “LG Electronics” şirkətləri “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində “Atom” prosessorları ilə işləyən smartfonları təqdim edəcəklər. Bu barədə şirkətin nümayəndələrinin bəyanatlarına istinadən “Korea Times” xəbər verib.

Bu dəfə sərgidə “İntel Medfield” platformasında olan smartfonlar təqdim ediləcək. Onun əsasını 1,86 QHz takt tezliyinə qədər aşağı enerji istehlakı ilə 32 nanometr texnoloji proses üzrə hazırlanan “Atom” nüvəsi təşkil edir.

“Medfield” qrafik alt sisteminin məhsuldarlığına görə əvvəlki “Moorestown” platformasını 4 dəfə üstələyir.
Yeni nəsil smartfonları “İntel” korporasiyasının rəhbəri Pol Otellininin təqdim edəcəyi bildirilir. Smartfonlara “Android” əməliyyat sistemi quraşdırılacaq.


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL