waplog

“Wikipedia” 20 milyon dollar toplayıb və işini davam etdirir


Son ay ərzində “Wikipedia” səhifələrində müşahidə edilən ianə ilə bağlı xahişlərlə olan bannerlər artıq çıxarılıb. Qeyri-kommersiya təşkilatı olan “Wikimedia Foundation” bildirib ki, layihənin 1 il ərzində uğurlu fəaliyyəti üçün artıq lazımi məbləğ toplanılıb.

“Wikipedia”nın inkişafına 1 milyondan çox insan yardım edib. Bu, 2008-ci ilin göstəricilərini 10 dəfə üstələyir. Toplanmış 20 milyon dolları “Wikimedia Foundation” təşkilatı serverlərin alınmasına və quraşdırılmasına, saytın yeni imkanlarının hazırlanmasına, mobil xidmətlərin genişlənməsinə, layihələrin məhkəmələrdə müdafiəsinə və s. xərcləməyi planlaşdırır.

Yanvar ayının 15-də “Wikipedia” saytının 11 yaşı tamam olacaq. Bugünkü gündə bu, dünyanın 5 saytından biridir. Hal-hazırda veb-ensiklopediyada 282 dildə 20 milyon məqalə var.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL