waplog

“Android” planşetləri üçün 100 nüvəli prosessor


“Creative Technology”-nin filialı “ZiiLABS” şirkəti “Android 4.0” (Ice Cream Sandwich) platformasında işləyən qurğular üçün optimallaşdırılmış  100 nüvəli “ZMS- 40 StemCell Media” multimedia prosessorunu təqdim edib.

Çip multimedia məzmununun emalı üçün nəzərdə tutulmuş 96 “StemCell” nüvəsindən və əlavələrin işə salınması üçün nəzərdə tutulmuş və 1,5 QHz takt tezliyində işləyən 4 “ARM Cortex-A9” nüvəsindən ibarətdir,- rəsmi məlumatda belə bildirilib. Beləliklə, şirkətin press-relizində 100 nüvəli ifadəsinin işlədilməsi marketinq bicliyidir.

58 Qflops hesablama gücünə malik “ZMS-40” prosessoru 1 QB əməli yaddaşı dəstəkləyir, 256 bitlik AES şifrləmənin yerinə yetirilməsi, səsin tanınması və kompyuter nitqinin formalaşması  üçün daxili alqoritmlərə malikdir.

Nəhayət, çip “HEVC/H.265” daxil olmaqla bir çox müasir və perspektivli kodekləri dəstəkləyir. Yeni kodek “MPEG-4/H.264” ilə müqayisədə keyfiyyət azalması olmadan videoaxın həcmini 2 dəfə azaltmağa imkan verir.

“ZiiLABS” (şirkət 1994-cü ildə yaradılıb və 2009-cu ildə “Creative Technology” tərəfindən satın alınıb) nümayəndələrinin sözlərinə əsasən, “ZMS” xəttinin prosessorları yalnız mobil qurğular üçün deyil, həm də “Full HD” ekranlarla olan yeni nəsil planşetləri, həmçinin "ağıllı" televizorlar üçün nəzərdə tutulub.

Çiplər təsviri böyük ekranda əks etdirmək üçün geniş imkanlara malikdirlər. Onlar “HDMİ 1.4” və müasir monitorlarda istifadə olunan “WQXGA” (2560 x 1600 piksel) formatını dəstəkləyirlər.

Yeni çiplər əsasında hazırlanan ilk qurğular “CES” sərgisində təqdim ediləcək. Qeyd edək ki, tədbir sabah, yanvar ayının 10-u tarixində Las-Veqasda başlanacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL