waplog

Şəkidə genişzolaqlı internet xidmətlərinin tətbiqi genişlənir


“Aztelekom” İB genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə Şəkidə böyük layihə həyata keçirməyə başlayıb.  

Birlikdən verilən məlumata görə,“ADSL” xidmətinin tətbiqinin genişləndirilməsi məqsədilə Şəki Rayon Telekommunikasiya Qovşağında (TKQ) yeni - müasir avadanlıqların montaj olunaraq, abunəçilərin istifadəsinə verilməsi həyata keçirilir.

Eyni zamanda, Şəki TKQ-nin xidməti ərazisindəki 3 şəhər və 9 kənd EATS-lərində yeni transmissiya “DSLAM” avadanlıqlarının montajı da davam etdirilir.

Şəki EATS 4 stansiyasında yeni “ADSL” portlarının abunəçilərə verilməsinə başlanılıb. Yanvar ayı ərzində qalan 11 məntəqədə ümumilikdə 2500 ədəd “ADSL” portları istifadəyə veriləcək.

Şəki Telekommunikasiya Qovşağı əhalinin İKT xidmətlərinə olan tələbatlarının ödənilməsi üçün tədbirləri gələcəkdə də davam etdirəcək.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL