waplog

“Motorola” yeni smartfon təqdim edib


Las-Veqasda “CES 2012” istehlak elektronikası sərgisi açılıb. Bu, o deməkdir ki, yaxın 4 gün ərzində daha maraqlı elanlar, yeniliklər olacaq. Bu sərgi çərçivəsində “Motorola” şirkəti çoxdan gözlənilən “RAZR MAXX” və “Droid 4” smartfonlarını təqdim edib.

“RAZR MAXX” modeli adi “RAZR”-dan böyük daxili yaddaş tutumu və daha tutumlu batareya ilə fərqlənir. İstehsalçılar iddia edirlər ki, yenilik enerji yükləməsi olmadan əvvəlki 12 saat əvəzinə danışıq rejimində təxminən 21 saat işləyə biləcək.

Daşıyıcının tutumu 16 QB-dan 32 QB-a qədər artıb, “RAZR MAXX” smartfonunda korpusun qalınlığı 9 mm təşkil edir. Digər texniki xüsusiyyətlər əvvəlki kimi saxlanılıb: 4,3 düymlü 960x540 piksel kəskinlikli “Super AMOLED” ekranı, 1.2 QHz takt tezlikli ikinüvəli prosessor, 8 meqapikselli kamera, 1 QB əməli yaddaş, “microSD” slotu, “Wi-Fi”, “Bluetooth 4.0” və “GPS” modulları.

Bundan başqa, “CES 2012” sərgisində “Motorola” şirkəti “Droid 4” smartfonunu təqdim edib. Model bazarda “QWERTY” klaviatura ilə təchiz edilmiş və LTE şəbəkəsini dəstəkləyən ən nazik həll kimi xarakterizə olunur.

“Droid 4” smartfonu 4 düymlü 960x540 nöqtə kəskinlikli ekran, 1.2 QHz takt tezlikli ikinüvəli çip, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaş, 8 meqapikselli kamera və “microSD” slotu ilə təchiz olunub.

Yenilik “Android 2.3.5” əməliyyat sistemi ilə işləyir, lakin “Motorola” şirkəti ikinci rübdə əməliyyat sistemini “İce Cream Sandwich”-ə qədər yeniləməyə söz verib.

“Motorola Droid 4” smartfonunun ölçüləri 127x69x12,7 mm, çəkisi 177 qr təşkil edir. Hələ ki model yalnız Amerikanın “Verizon” operatorunun abunəçiləri üçün əlçatandır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL