waplog

Moskvada Azərbaycanın 20 illik uğurları nümayiş olunur


Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılıb. Sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir. İyulun 3-dək davam edəcək sərgidə 40-a yaxın Azərbaycan şirkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunur.
Sərgidə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr, o cümlədən informasiya və kommunikasiya texnologiyaları üzrə qabaqcıl şirkətlərin həlləri nümayiş olunur. Azərbaycanın milli pavilyonunda informasiya texnologiyaları sahəsindən başqa sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, mədəniyyət, turizm və digər sahələrə dair stendlər də təşkil edilib. Sərgi iştirakçılarına ölkəmizin iqtisadi uğurları barədə müxtəlif çap materialları paylanır. Sərgi çərçivəsində keçiriləcək "Azərbaycan Milli Günü"ndə milli musiqimiz, beynəlxalq müsabiqələrdə qazanılmış uğurlar nümayiş etdiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL