waplog

Ünvanlı sosial yardımla bağlı məlumatlar e-mailə və ya mobil telefon nömrəsinə göndəriləcək


Ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmləri tətbiq ediləcək. Mexanizmin tətbiqi işləri cari ilin əvvəlindən Bakı şəhərində və respublikanın 14 şəhər və rayonunda davam etdiriləcək.

Bununla bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir müavini İlqar Rəhimovun başçılığı ilə Bakı şəhəri rayonlarının, alternativ müraciət mexanizmlərinin tətbiq olunacağı Sumqayıt şəhəri və Abşeron rayonunun əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri, eyni zamanda "Azərpoçt" MMC-nin nümayəndələri və adıgedən şəhər və rayonların poçt filiallarının rəhbərlərinin iştirakı ilə seminar keçirilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İCT News" elektron xəbər xidmətinə verilən məlumata görə, bu işlər ölkə başçısının «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanına müvafiq olaraq həyata keçirilir. Belə ki, fərmana əsasən, ƏƏSMN tərəfindən görülməsi nəzərdə tutulan işlərdən biri də ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin hazırlanmasıdır. Bu mexanizmlərin hazırlanması ÜSY proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədi daşıyır.


Seminarda qeyd edilib ki, bununla bağlı hazırlanan alternativ müraciət mexanizmlərinin artıq 2011-ci ilin avqust ayından etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda bu məlumatların həmin vətəndaşların mobil telefon nömrəsinə də göndərilməsi üçün müvafiq işlər görülür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL